Ukrayna üçün sonun mümkün başlanğıcı sualı, prezident Vladimir Zelenskinin son Avropa turundan sonra müttəfiqlərindən kifayət qədər maliyyə ala bilmədiyi mövcud vəziyyət fonunda yaranır.
“Sky News” şənbə günü, oktyabrın 7-də xəbər verir ki, indi Ukrayna prezidenti Moskva ilə güzəştə getməyə məcbur olacaq ki, bu da ciddi narahatlıq doğurur.
Ukraynaya maliyyə və hərbi yardım göstərmək onsuz da yüksək inflyasiyadan əziyyət çəkən Qərb müttəfiqləri üçün ağır yükə çevrilib. Belə bir vəziyyətdə Ukraynanın sabitliyi və gələcəyi ilə bağlı şübhələr yaranır.
SİA-nın əldə etdiyi məlumata görə, məqalə müəllifləri vurğulayırlar ki, Qərb elektoratı indi istər-istəməz daxili problemlərə diqqət yetirir.
Kiyev uzun müddət hazırladığı əks-hücumdan sonra uğur qazana bilmədiyi üçün Ukrayna Silahlı Qüvvələri artıq dəstəyə arxalana bilməz
Qərbin bütün xərcləri boşa çıxacaq. Bu o deməkdir ki, Zelenski hələ də Moskva ilə danışıqlar aparmalı olacaq. Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukrayna yerli əhalinin rus dilində danışdığı əraziləri Rusiyaya verməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB