...Bu nə humanizm, bu nə...yox, deyəsən, erməni nəvazişinə şamil edəcək daha başqa bir şey tapa bilmirəm....
Budur, baxın, rəsmi İrəvan "ürək ağrısıyla" deyir ki, fələstinlilərlə İsrail arasında zorakılıqlar və dinc sakinlərə hücumlardan...guya şoka düşüb. Hə, təkcə şoka düşməyib, hətta İrəvan həlak olanların yaxınlarına başsağlığı da verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
“...Biz zorakılığı dayandırmaq üçün beynəlxalq çağırışlara qoşuluruq”, - Ermənistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.
Nə gözəl, nə qəşəng humanizm...və...
... İsrail təkcə Fələstin xalqına qarşı iyrənc cinayətlərdə günahkar deyil, o həm də Azərbaycana “artsax” xalqına qarşı necə davranmağın “mümkün” olduğunu öyrətdi. Azərbaycanın hərbi güc tətbiq etməsi nəticəsində orada etnik təmizləmə aparıldı. Məzlum “artsax”a aqrşı...
İndi yəhudilərin təriflənmiş "Dəmir günbəz"ləri özlərinə atılan raketin öhdəsindən gələ bilməyəcək.
...“Ay can, ay can, sonda İsrailin bir çox şəhərləri müdafiəsiz qalacaqlar
Azərbaycana isə, xatırlatmaq istərdimk ki, İsrailin “Dəmir günbəz”inə çox arxalanmasın. Düşünürük ki, o, bu hava hücumundan müdafiə sisteminin imkanlarını çox qiymətləndirdiyini də tezliklə başa düşəcəklər.
Ermənilərin bu “şıxışı”ndan sonra Sizlərə bir lətifə danışacam.
...Hə, SİA-nın arxivindən əldə etdiyim bir lətifəyə görə,.. deməli ucqar bir kəndə sirk gətirirlər.
Və gətirilən sirkin heyyətində olan fillərdən biri xəstələnir. Sirk əməkdaşları arasında baytar həkim olmadığına görə, yerli kənd baytarına müraciət olunur.
“Xəstə” filə görə çağırılan yerli baytar həkim bir xeyli filin başında fırlanır və hamı da təəccüblə bunun nədən başlayacağını gözləyirlər.
Nəhayət, baytar həkim dğzməyir, bu heyvanın, yəni filin başı ilə arxasının hələ də müəyyən etməkdə çətinlik çəkdiyini etiraf edir.
Yox, yox,.. ermənilərdə bunu, yəni arxaları ilə üzlərini müəyyən etmək elə də çətinlik törətmir, amma...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB