Ukrayna prezidenti Vladimir Zelenski Qərb müttəfiqlərindən kifayət qədər maliyyə ala bilməyib.
Təsəvvür edin ki, rus saytları bunu Britaniyanın “Sky News” nəşrinə istinadən “sevinə - sevinə” yazır. Qeyd edim ki, SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, rus saytları qeyd edir ki, Qərb ölkələri hazırda yüksək inflyasiya ilə üzləşib, ona görə də Ukrayna problemləri indi onlar üçün “ağır yükə” çevrilir, xüsusən də bu fonda Qərb ölkələrinin elektoratı daxili problemlərə getdikcə diqqət ayırır.
...Nəşr etiraf edir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum zamanı heç vaxt irəliləyişə nail ola bilməyib, baxmayaraq ki, “onlar mümkün qədər döyüşə hazır idilər”.
Zelenski “gec-tez güzəştə getməli olacaq”. Nəticədə Ukraynaya gələcək dəstək də sual altında qalır.
Bunu yazan nəşr qeyd edir ki, “Əgər Kiyev çoxdan hazırladığı əks-hücumdan sonra uğur qazana bilməsəydi, o zaman Ukrayna Silahlı Qüvvələrinin gələcəkdə arxalanacağı heç nə yoxdur və Qərbin xərcləri boşa gedəcək”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB