Çeçenistanın keçmiş daxili işlər nazirinin oğlu və Kadırovun ikinci qızı Xədicətin əri Adam Alxanov bundan sonra Çeçenistanın Səhiyyə Nazirliyinə rəhbərlik edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu respublika rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib.
Xatıladaq ki, noyabr ayında Adəm Alxanov regional hökumət sədrinin sosial blok üzrə müavini vəzifəsinə təyin edilmişdi.
Alxanov Respublika Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsinə keçəndən sonra Kadırov bildirib ki, “indiyə qədər o, regional tibb sənayesinə səmərəli rəhbərlik edib”.
Alxanovun rəsmi tərcümeyi-halında deyilir ki, o, 2010-cu ildə məktəbi eksternat tələbəsi kimi bitirib və BƏƏ-nin Şarja şəhərindəki Amerika Universitetinə daxil olub.
2013-cü ildə Dubaydakı Avstraliya Universitetinə köçüb və nəhayət, beş ildən sonra Qroznı Politexnik Kollecini hüquq fakültəsini bitirib.
Yəni çeçen saytlarından belə məlum olur ki, Adam Alxanov universal birisidir.
Yeri gəlmişkən, Alxanov Ramzan Kadırovun Qroznıda məktəbəqədər təhsil şöbəsinə rəhbərlik edən ikinci qızı Xədicətə evlidir.
...Deyirəm, bunu hər halda ...xoruzun quyruğu kimi başa düşməyin...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB