Hindistanın Sukkim əyalətində buzlaq gölünün daşması nəticəsində yaranan bəndin sıradan çıxması nəticəsində azı 41 nəfər ölüb, onlarla insan isə itkin düşüb.
SİA iyirmi minə yaxın insanın evlərini tərk etmək məcburiyyətində qaldığınə da əldə edib.
Qeyd edək ki, qonşu Banqladeş də daxil olmaqla, yüzlərlə kənd daşqınlardan zərər çəkib.
Belə ki, su 15 körpünü dağıdıb, magistralın hissələrini aparıb.
Onu da qeyd edək kki, cənubi Lhonak gölü, qismən qlobal istiləşmənin səbəb olduğu buzlaqların əriməsi səbəbindən sürətlə genişlənir. Peyk görüntülərinə görə, sentyabrın sonunda gölün sahəsi təxminən 170 hektar idi. Daşqından sonra isə o, yarıdan çox kiçilib və yüz hektardan çox ərazisini itirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB