ABŞ böhrana baxmayaraq, Ukraynaya yeni yardım paketini açıqlayacaq
ABŞ büdcə böhranına baxmayaraq, Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.
SİA “Reuters”ə əsasən xəbər verir ki, söhbət 200 milyon dollar məbləğindən gedir.
Agentliyin məlumatına görə, Kiyevə əvvəlki paketlərə daxil olan sursat və avadanlıq göndəriləcək.
Qeyd edək ki, ABŞ bu qərarı oktyabrın 11-də Brüsseldə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasında açıqlayacaq.
Onu da qeyd edək ki, vəsait Ukraynaya tədarük edilən silahların dəyərinin yenidən qiymətləndirilməsindən sonra boşaldılan Pentaqonun qalan 5,4 milyard dollarından ayrılacaq.
...ABŞ Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Konqres tədbir görməsə, Ukraynaya ayrılan maliyyə yaxın aylarda tükənəcək. Hərbi departamentdə yuxarıda qeyd olunan 5,4 milyard dollardan əlavə, Ukraynaya göndərilən silahlar müqabilində Konqres tərəfindən ehtiyatların artırılması üçün əvvəllər ayrılmış 30 milyard dollardan bu məqsədlər üçün bir yarım milyard dollardan bir qədər çox vəsait qalıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB