Xerson vilayətinin rus qoşunlarının işğal etdiyi hissəsində Novaya Kaxovka şəhərində “Vahid Rusiya” partiyasının yerli şöbəsinin katibi Vladimir Malov avtomobilin partlaması nəticəsində həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya dövlət mediası məlumat yayıb.
Partlayışdan sonra Malovun son dərəcə ağır vəziyyətdə xəstəxanaya aparıldığı və daha sonra orada öldüyü iddia edilib.
Qeyd edək ki, partlayışla bağlı təfərrüatlar yoxdur, yəni hələ ki, heç kim buna görə məsuliyyəti üzərinə götürməyib. Onu da qeyd edək ki, Ukraynanın işğal olunmuş ərazilərində belə hadisələr adi hal alıb.
Ukrayna ordusu isə bu hücumlarda iştirakını nə təsdiq, nə də təkzib edir.
Xatırladaq ki, Rusiyanın ilhaq etdiyi bölgələrdə Rusiyanın ən böyük partiyalarının, o cümlədən “Vahid Rusiya” partiyalarının hücrələri yaradılır.
Hətta o, sentyabrın əvvəlində Xerson vilayətində də keçirilən səsvermənin qalibi elan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB