Yaxın gələcəkdə Rusiya Aerokosmik Qüvvələrində ilk seriyalı “Sarmat” qitələrarası ballistik raketləri döyüş növbətçiliyinə veriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu məlumatı şənbə günü, oktyabrın 7-də Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Hazırda “Krasmaş” ASC-də ilk seriyalı “Sarmat” raketləri istehsal olunur. Eyni zamanda, planlaşdırılmış quraşdırma yerlərində minaların bölmə və sistemlərində və birləşmələrdən birinin mövqe zonasında komanda məntəqəsində tikinti, quraşdırma və istismara vermə işləri aparılır.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Krasmaş” ASC müəssisəsinə baş çəkdikdən sonra “Sarmat” kompleksinin istehsalı üzrə müqavilələrin icrası ilə bağlı hesabatı dinləyib.
Bu kompleksdən istifadə edərək Strateji Raket Qüvvələrinin yenidən təchiz edilməsi Rusiyanın müdafiə imkanları üçün əsas prioritetdir. Bu kompleks ölkənin strateji nüvə qüvvələrinin quruda qruplaşdırılması üçün əsas olacaq.
Onu da qey edək ki, bu sərəncamı Rusiya prezidenti Vladimir Putin verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB