Rusiyaya gələn miqrantlar bu sahələrdə işləyə bilməzlər....

Rusiyaya gələn miqrantlar bu sahələrdə işləyə bilməzlər....

Rusiyada xarici vətəndaşların məktəb, taksi və tibb müəssisələrində işləməsini qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim edilib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Layihə “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutur. Xüsusilə, əcnəbi işçilərin ixtisassız əməyinin xeyirdən çox zərər verə biləcəyi ən həssas sosial sahələrə miqrantların cəlb edilməsinə tam qadağa”nın yaradılması təklif edilir

Belə ki, təşəbbüs miqrantların səhiyyə sistemlərinin müəssisə və təşkilatlarında tibbi xidmətlərin göstərilməsi, məktəb təhsili sistemində, dərman vasitələrinin ticarəti sahəsində, sərnişin taksi və yük daşımalarında işləməyə cəlb edilməsini qadağan edir.

Layihənin “dəyərli” müəllifləri hesab edirlər ki, digər şeylərlə yanaşı, bu, guya Rusiyada iqtisadiyyatın bu sahələrində miqrantların artımını dayandırmağa, Rusiya Federasiyası vətəndaşlarını əlavə iş yerləri ilə təmin etməyə imkan verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə