'Türkiyə qırıcıları Suriyadakı xəstəxananı bombalamayıb!"

'Türkiyə qırıcıları Suriyadakı xəstəxananı bombalamayıb!"

“Türkiyə döyüş təyyarələrinin Suriyanın Derik bölgəsində xəstəxananı bombaladığı ilə bağlı yayılan iddilar həqiqəti əks etdirmir''.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəziyinin yaydığı bəyanatda bildirilib.
Açıqlamada Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatı PKK/YPG ünsürlərinə qarşı həyata keçirdiyi hava əməliyyatları zamanı günahsız mülki vətəndaşların, dost ünsürlərin, tarixi-mədəni sərvətlərin və ətraf mühitin zərər görməsinin qarşısının alınması üçün bütün tədbirlərin görüldüyü bildirilib. Türkiyənin döyüş təyyarələrinin Suriyanın Derik bölgəsindəki xəstəxananı bombalarığı ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə