Bu da bizlik deyil...

Ey gidi dünya! Gərək ki, Kremldə Putinə yeni ayama kimi arxasınca “qoca” deyirlər, bəli, təbii ki, arxasınca... Əslində bu bizlik olmasa da, amma...

...Rusiya prezidenti Vladimir Putin oktyabrın 6-da Kremldə prezident Şavkat Mirziyoyevlə görüşü zamanı Özbəkistanı Rusiya Federasiyasının tərkibində Şimali Qafqaz respublikası olan Dağıstanla səhv salıb.

Belə ki, Putin Mirziyoyevə “Rusiya-Dağıstan” əlaqələrinin inkişafına görə təşəkkür edib.

SİA xəbər verir ki, Rusiyanın TASS dövlət xəbər agentliyi tərəfindən yayımlanan videoda Putinin Mirziyoyevə “Rusiya-Dağıstan əlaqələrinin inkişafında şəxsi iştirakınıza görə sizə təşəkkür etmək istəyirəm” dediyini eşitmək olar.

Qeyd edək ki, daha sonra Putinin mətbuat xidməti Kremlin rəsmi saytındakı stenoqramda “Dağıstan”ı “Özbəkistan”a əvəzləyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Tacikistan prezidenti Emoməli Rəhmonun adlarını tələffüz edərkən səhvlərə yol vermişdi.

Qeyd edək ki, heçə müddətdən bəri rus saytları Baydeni “yaddaşsızlıqda”, nə bilim qocalıqda ittiham az qala şəbədə qoşurdular...

Amma, deyim ki, bu da bizlik deyil...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə