Livanın şərqindəki həbsxanada “pis həyat şəraiti”nə etiraz etmək üçün yanğın törədən məhbuslardan 4-ü həyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Livanın rəsmi NNA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, hadisə Bekaa əyalətindəki Zahle həbsxanasında baş verib.
Bildirilib ki, bəzi məhbuslar “pis həyat şəraiti”nə etiraz olaraq həbsxananın yuxarı mərtəbəsində yanğın törədiblər və alov qısa müddətdə bütün mərtəbələrə yayılıb.
İlkin məlumata görə, yanğında 4 məhbus həyatını itirib, şəhərdəki mülki müdafiə və yanğınsöndürmə briqadaları yanğına müdaxilə edib.
Livan Daxili İşlər Nazirliyindən verilən açıqlamada Zahle həbsxanasındakı hadisələrin Baş Qərargah ilə koordinasiyalı şəkildə izləndiyi və bütün lazımi tədbirlərin görüldüyü qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB