Rusiyaya etirazını bildirən jurnalist azadlıqdan məhrum edilib

Rusiyaya etirazını bildirən jurnalist azadlıqdan məhrum edilib

Rusiya məhkəməsi dövlət təbliğatına açıq şəkildə etiraz edən jurnalist Marina Ovsyannikovanı "Rusiya Ordusu haqqında yalan xəbər yaymaq" ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ovsyannikova "X" sosial hesabında "Kukla ədalət" şərhini yazıb.

"Ukraynada Rusiya ordusu tərəfindən öldürülən uşaqların həqiqi sayını açıqladığım üçün mühakimə olunuram. Bu rəsmi məlumat Rusiyada məhdudiyyət qoyulmayan BMT-nin saytında mövcuddur", - deyə o yazıb.

Rusiyada mühakimə olunduqdan sonra Fransa hakimiyyəti Ovsyannikovanın qiyabi hökmünü “qətiyyətlə pisləyib”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə