Yeni Qvineyada ardıcıl iki zəlzələ oldu

Yeni Qvineyada ardıcıl iki zəlzələ oldu

Papua Yeni Qvineyada saat 11:34-də 6,7 bal gücündə zəlzələ 67 km dərinlikdə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən zəlzələ Papua Yeni Qvineyanın Madanq şəhərindən 49 km aralıda hiss olunub.

6,7 bal gücündə zəlzələdən sonra saat 11:40-da Papua Yeni Qvineyada, Madanqdan 47 km aralıda, yerin 78 km dərinliyində 6,7 bal gücündə daha bir zəlzələ baş verib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə