Qəzzadan İsrail bölgələrinə sızan silahlı qrup Sderot şəhərində bir polis məntəqəsini ələ keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun silahlı qruplarla qarşıdurmaya girdiyi və yaralananların olduğu bildirilib. İsrail ordusu Sderot şəhərinin girişində yolları bağlayıb. İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağının ətrafındakı 80 kilometr radiusda olan ərazini hərbi zona elan edib.
Qəzzadan 4 ayrı fələstinli silahlı qrup ətrafdakı yaşayış məntəqələrinə daxil olub. Qəzzadan İsrail ərazilərinə sızan silahlı qrupların yaşayış məntəqələrində toqquşduğunu və israilliləri yaraladığını göstərən görüntülər sosial mediada paylaşılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB