Avstraliyada təyyarə qəzasında 4 nəfər ölüb

Avstraliyada təyyarə qəzasında 4 nəfər ölüb

Avstraliyanın Cənubi Uels ştatında kiçik mühərrikli mülki təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. SİA Avstraliya mediasına istinadla xəbər verir ki, “Cirrus SR22” tipli təyyarə paytaxt Kanberradan havaya qalxandan bir qədər sonra Kuinbian şəhəri yaxınlığında qəzaya uğrayıb. Polisinin məlumatına görə, təyyarənin yerə çırpılması nəticəsində yanğın meydana gəlib. Yanğın söndürüləndən sonra pilotun və təyyarədə olan 3 uşağın meyiti tapılıb.

Qəzanın hansı səbəbdən baş verməsi bilinmir.

Bütün xəbərlər Facebook səhifəmizdə