Rusiyada baş verən yanğın zamanı 5 nəfər ölüb

Rusiyada baş verən yanğın zamanı 5 nəfər ölüb

Rusiya Federasiyasının Nijni Novqorod vilayətində baş verən yanğın zamanı 5 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə “İzvestiya” agentliyi məlumat yayıb.

"Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər həlak olub", - xəbərdə bildirilir. Məlumata görə, hadisə Bakı vaxtı ilə saat 3:25-də Arzamas şəhər dairəsinin Sliznevo qəsəbəsində 60 kv.m. ərazidə baş verib.

Yanğının səbəbi hələ dəqiqləşdirilməyib

Bütün xəbərlər Facebook səhifəmizdə