Amerikalı çavuş məxfi məlumatları Çinə ötürməyə çalışıb..?

Amerikalı çavuş məxfi məlumatları Çinə ötürməyə çalışıb..?

ABŞ Ədliyyə Nazirliyi təqaüdə çıxan ABŞ hərbi kəşfiyyat çavuşunun məxfi məlumatları Çinə ötürməyə cəhd etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

“...Onun təhlükəsiz hərbi kompüter şəbəkələrinə çıxışı təmin edən cihazı özündə saxladığı və Çin hakimiyyətinə təklif etdiyi güman edilir”.

Qeyd olunur ki, 29 yaşlı Cozef Şmidt Honq-Konqdan San-Fransiskoya qayıtdıqdan sonra həbs edilib.

Hazırda onu on ilə qədər həbs gözləyir.

Bundan əvvəl məlum olub ki, London polisi Britaniya parlamenti deputatının köməkçisini Çinin xeyrinə casusluqda şübhəli bilinərək saxlayıb.

Polisin aydınlaşdırdığı kimi, köməkçinin fəaliyyət sahəsinə xarici siyasət məsələləri də daxildir.

O, həmçinin Çin ilə əməkdaşlığın əsas məsələləri üzrə müzakirələrdə iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə