ABŞ Dövlət Departamenti Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib.
SİA-nın əldə etdiyi məlumata görə, departamentin rəsmi nümayəndəsi RİA Novosti-yə bildirib.
Qərar “Rusiyanın ABŞ-ın Moskvadakı səfirliyindən iki diplomatı açıq-saçıq şəkildə qovmasına” cavab olaraq qəbul edilib”.
Bunu bildirən ABŞ tərəfi “...Dövlət Departamentinin hərəkətləri Moskvadakı səfirliyimizin əməkdaşlarına qarşı qəbuledilməz hərəkətlərin nəticələrinin olacağına dair aydın mesaj verir”, deyə əlavə edib.
Xatırladaq ki, bu ilin sentyabrında Moskva iki amerikalı diplomatı, səfirliyin birinci və ikinci katibini “persona non-qrata” elan edib və onlara yeddi gün ərzində Rusiyanı tərk etməyi əmr etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB