Rusiyadan Ukrayna vətəndaşları üçün xüsusi giriş proseduru...

Rusiyadan Ukrayna vətəndaşları üçün xüsusi giriş proseduru...

...Rusiya Nazirlər Kabineti Ukrayna vətəndaşlarının ölkəyə girişi üçün xüsusi proseduru təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” nəşri yazır.

Beləliklə, oktyabrın 16-dan etibarən ukraynalıların Rusiyaya müvəqqəti olaraq yalnız Şeremetyevo hava limanı və Pskov vilayətindəki Ludonka avtomobil keçid məntəqəsi vasitəsilə daxil olmasına icazə veriləcək.

Hakimiyyət bu cür tədbirləri “indiki geosiyasi şəraitdə rusların təhlükəsizliyinin təmin edilməsi” ilə izah edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Kamçatkada hakimiyyət əvvəllər Ukrayna vətəndaşlığından imtina etmiş yerli sakini vətəndaşlıqdan məhrum edib. Məhkəmə onu internetdə ekstremist bəyanatlar yaydığına görə 4 il müddətinə ümumi rejimli koloniyada cəzalandırıb.

Ukrayna hakimiyyəti 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edib. Ukrayna prezidenti Vladimir Zelenski ruslar üçün viza elan edərkən qeyd edib ki, hakimiyyət “milli təhlükəsizliyə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində” belə bir addım atıb.

Həmin ilin noyabrında məlum oldu ki, Ukrayna ölkədə hərbi vəziyyətin qüvvədə olduğu dövr və onun ləğvindən otuz gün sonra ruslara yaşamaq və daimi yaşamaq üçün icazələrin verilməsini dayandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə