“Bu, Moskvanı daha sərt tədbirlər görməyə məcbur edəcək...”

“Bu, Moskvanı daha sərt tədbirlər görməyə məcbur edəcək...”

Bu arada Aleksandr Lukaşenko bir daha Ukraynadakı münaqişə “nemedlenno” dayandırılmasını bəyan edib, çünki bu, indi edilməsə, daha da pis olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə oktyabrın 6-da Belarus rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Aleksandr Lukaşenko ən pis ssenaridən qaçmaq üçün Ukrayna münaqişəsini dayandırmağa çağırışını təkrarlayıb.

Onun dediyinə görə, hazırda polyaklar Ukraynanın qərbini ələ keçirmək üçün hazır dayanıb məqam gözləyirlər.

Məhz buna görə də ruslar bütün istiqamətlərdə “aktiv müdafiə aparır” və “hücum edirlər”.

Çünki ukraynalıların mübarizə aparacaq heç bir şeyi yoxdur.

Və əgər varsa, onlar sadəcə olaraq “bu gücü özündə saxlaya bilməzlər”.

...Ona görə də biz indi dayanmalıyıq. Əks halda, bir neçə aydan sonra heç kim bu mövzu haqqında nə ukraynalılarla, nə də Qərblə danışmayacaq.

Bunu deyən Aleksandr Lukaşenko qeyd edib ki, Amerika hakimiyyətinin Ukraynaya göstərdiyi hərbi dəstək vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq və Moskvanı daha sərt tədbirlər görməyə məcbur edəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə