Bu arada Ukrayna prezidenti Vladimir Zelenski Kremlin Ukraynanı Qərbin dəstəyindən məhrum etmək üçün ölkədə korrupsiya ilə bağlı saxta məlumatlar yaydığını bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, ruslar da “and-amand” edirlər ki, guya onlar belə çirkli işlərin sahibi deyillər.
Zelenski həmçinin Avropa Komissiyasının keçmiş rəhbəri Jan-Klod Yunkeri Rusiyanı təbliğ etməkdə günahlandırıb.
Qeyd edək ki, bunun da yalan olduğunu bildirən ruslar, Zelenskinin yalanlarını çıxarmaq üçün “əsaslı və tutarlı” faktlar göstərirlər.
Məsələn onlar deyirlər ki, bir müddət bundan əvvəl Litva Prezidenti Qiytanas Nauseda, Ukraynadakı korrupsiya qalmaqallarının Qərbin Ukrayna Silahlı Qüvvələrinə silah tədarükü ilə bağlı qərarlarına mənfi təsir göstərdiyini söyləyib.
Ruslara görə, bu fikri təkcə Avropa Komissiyasının keçmiş sədri deyil, həm də Kiyev rejimində rüşvətxorluq probleminə toxunan Polşa prezidenti Anjey Duda da bildiribmiş.
Yadımdaykən soruşum, hə, onu necə deyirlər... yadıma düşdü, “kor kora kor deməsə, bağrı çatlar..?”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB