Liviya sahillərində qanunsuz miqrantlar xilas edilib

Liviya sahillərində qanunsuz miqrantlar xilas edilib

"Sərhədsiz həkimlər” təşkilatının gəmisi Liviya sahillərində iki xilasetmə əməliyyatı zamanı Aralıq dənizini keçməyə çalışan 258 qanunsuz miqrantı göyərtəsinə qəbul edib.

Xilas edilənlər Neapol şəhəri yaxınlığındakı Salerno limanına çatdırılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu dəfəki miqrantların əksəriyyəti Suriya və Misirdən olanlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə