Priqojinin təyyarəsində kamikadze olubsa, bəs onda…

Priqojinin təyyarəsində kamikadze olubsa, bəs onda…

Yeri gəlmişkən, “Vaqner” PMC şirkətinin sahibi Yevgeni Priqojinin təyyarəsinin Tver yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaq hələ də yekunlaşmayıb.

Bununla belə, artıq bəzi təfərrüatlar ortaya çıxır ki, istintaq artıq onu aşkar etməyə müvəffəq olub.

Belə ki, bu günlərdə Rusiya prezidenti həlak olanların cəsədlərində əl qumbaralarının parçaları tapıldığını bildirib. Efirə heç bir kənar təsirin olmadığı da artıq məlumdur.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiyanın əməkdar pilotu Yevgeni Serixin dediyinə görə, partlayış salonun ortasında, daha doğrusu, qanadın gövdəyə bağlandığı yerdə baş versəydi, bu təyyarənin qəzaya uğramasına əsas verə bilməzdi.

Yəni Serixin dediyindən belə anlaşılır ki, təyyarədə eyni vaxtda bir neçə partlayış baş verib..?

Serixin sözlərinə görə, ehtimalını təsdiqləyən faktlardan biri də şahidlərin video çarxıdır. Belə ki, şahidlər, Priqojinin təyyarəsinin qanadının hələ bort yerə dəyməzdən əvvəl uçduğunu lentə almağa müvəffəq olub.

...Təbii ki, qumbara təyyarəyəqoyulsaydı belə, öz-özünə partlaya bilməzdi, çünki qumbarada sancaq var və kimsə bu sancağı çəkib işə salmalı idi..?

Yevgeni Sedıx onu da ehtimal edir ki, qumbaraatanlar təyyarə uçuşa hazırlanarkən təyyarəyə yüklənib.

Ekspert təyyarədəkilərin sağ qalmaq şansının olmadığını da bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə