Yunanıstanlı nazir də ruslara “qahmar” çıxır..?

Yunanıstanlı nazir də ruslara “qahmar” çıxır..?

Bu arada Yunanıstanın baş naziri Kiriakos Mitsotakis da Ukraynaya maliyyə yardımın avropalıların ziyanına olduğunu dilə gətirərək bu yardımlara qarşı çıxıb.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, bu barədə siyasətçi Qranadada keçirilən qeyri-rəsmi Avropa Şurasında bildirib.

Baş nazirin sözlərinə görə, Qərb ölkələri təbii fəlakətlərlə üzləşmiş Avropa vətəndaşlarına dəstək tədbirləri hesabına Ukraynaya əhəmiyyətli əlavə resurslar ayıra bilməz.

Mitsotakis Avropa Həmrəylik Fondunun gücləndirilməsi üçün Avropanın təbii fəlakətlərə cavab resurslarının ən azı 2,5 milyard avro artırılmasına çağırıb.

“Biz Ukrayna üçün daha çox pul istəyirik. Həmrəylik Fondu çox kiçikdir, o, artıq tükənib”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının maliyyə yardımının son iki ildə ABŞ-ın maliyyələşdirməsini dörd faiz üstələdiyi məlum olub.

Sentyabrın əvvəlində Brüssel Kiyevə dəstək üçün 22,6 milyard dollar ayırıb, halbuki Vaşinqtondan alınan 21,7 milyard dollardır.

2023-cü ildə Avropa İttifaqından maliyyə axını 1,8 dəfə artaraq 14,6 milyard dollara, Amerika tərəfdən daxilolmalar isə 19 faiz azalaraq 9,8 milyard dollara çatıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə