“Miqrasiya ilə bağlı kompromis və ya razılaşma şansı yoxdur"

“Miqrasiya ilə bağlı kompromis və ya razılaşma şansı yoxdur"

Macarıstanın baş naziri Viktor Orban jurnalistlərə verdiyi açıqlanmada, Brüsselin Macarıstan və Polşaya miqrasiya paketi tətbiq etməklə qanuni olaraq onları “şiddət etdiyini” bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu açıqlamanın videosunu sosial şəbəkələrdəki səhifəsində yerləşdirib.

“Miqrasiya ilə bağlı kompromis və ya razılaşma şansı yoxdur. Bu, siyasi baxımdan mümkün deyil. Bu gün yox, ümumiyyətlə, növbəti illərdə. Çünki hüquqi baxımdan, belə demək mümkünsə, bizə “şiddət etdilər”. Bir də bizə “şiddət etdərlərsə”, yəni bəyənmədiyimiz bir şeyi qəbul etməyə məcbur edirlərsə, kompromis və ya razılaşma haradan gələcək?”. Orbanın fikirləridir.

Qeyd edək ki, bundan əvvəl, oktyabrın 5-də Polşa daxili işlər nazirinin müavini Macey Bonçik demişdi ki, qeyri-qanuni miqrantlar Almaniyaya qaçmaq üçün “axmaq, siyasi cəhətdən düzgün Avropanı” aldadırlar. Onun sözlərinə görə, 2023-cü ildə mindən çox insan bu yolla “Avropa beynəlxalq müdafiə sistemini aldadıb” və Almaniya hakimiyyəti özlərinin yaratdığı problemi “nəhayət ki, görməyə başlayır”. Nəticə etibarı ilə Berlin gec-tez bu insanları Polşaya qaytaracaq və Varşava onlarla mübarizə aparmalı olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə