İsveçrə ukraynalı qaçqınlara pul ödəməyə hazırdır,..təki getsinlər
İsveçrədəki ukraynalı qaçqınlara vətənlərinə qayıtmaları üçün 4400 dollara qədər ödənişlər təklif edilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsveçrənin “SwissInfo” nəşri cümə günü, oktyabrın 6-da İsveçrə hökumətinin hesabatına istinadən məlumat yayıb.
Jurnalistlər yazır ki, İsveçrə hakimiyyəti bu qənaətə gəlib ki, qaçqınların İsveçrədə qaldıqları müddətdə onlara müavinət ödəməkdənsə, onları ölkəni könüllü tərk etməyə maddi cəhətdən həvəsləndirmək daha ucuz başa gələcək.
Buna görə də İsveçrə hökuməti Ukrayna vətəndaşlarının vətənlərinə qayıtması üçün maliyyə dəstəyi imkanlarını nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, yardımın məbləği adambaşına 1000-4000 İsveçrə frankı (1090-4355 dollar) arasında dəyişir.
Onu da qeyd edək ki, Ukraynalı qaçqınlar da artıq Qərb cəmiyyətdə onlara qarşı artan inamsızlıq və anlayışsızlıqla üzləşdiklərini anlamağa başlayıblar.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Almaniya kansleri Olaf Şolz ölkəyə daxil olmaq istəyən qaçqınların hazırkı sayının həddən artıq çox olduğunu, ona görə də Aİ ölkələri ilə sərhədlərdə nəzarət tətbiq etməklə bu tendensiyanın qarşısını almaq üçün tədbirlər görmək niyyətində olduğunu bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB