İranlı hüquq müdafiəçisi Nərgis Məhəmmədi Nobel Sülh Mükafatını alıb

İranlı hüquq müdafiəçisi Nərgis Məhəmmədi Nobel Sülh Mükafatını alıb

...İranlı hüquq müdafiəçisi Nargis Mohammadi 2023-cü il Nobel Sülh Mükafatını “İranda qadınların zülmünə qarşı mübarizəsinə və hamı üçün insan hüquq və azadlıqlarının təşviqinə görə” qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Nobel Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi hazırda İran həbsxanasındadır. Onu da qeyd edək ki, İran hakimiyyəti onu 13 dəfə həbs edib, beş dəfə mühakimə edib və ümumilikdə 154 şallaq zərbəsi və 31 il həbs cəzası verib.

Məhəmmədi digər Nobel Sülh Mükafatı laureatı (2003) Şirin Ebadinin rəhbərlik etdiyi insan haqları mərkəzinin əməkdaşıdır.

Nərgiz Məhəmmədi ilk çoxillik cəzasını 2011-ci ildə siyasi məhbuslara və onların ailələrinə kömək etdiyinə görə alıb.

Xatırladaq ki, hələ o vaxt gənc Məhəmmədi fizika tələbəsi kimi bərabərlik və qadın hüquqlarının müdafiəçisi kimi fərqlənirdi. 2011-ci ildə o, həbsdə olan fəallara və onların ailələrinə kömək etmək səylərinə görə ilk dəfə həbs olundu və uzun illər həbs cəzasına məhkum edildi.

Verilən məlumatlara görə, İranda keçən ilki etirazlar zamanı Nərgis Məhəmmədi həbsxanadan onlara dəstək nümayış etdirirdi.

Yeri gəlmişkən, Nərgiz Məhəmmədi 259 fiziki şəxs və 92 təşkilat daxil olmaqla 351 namizəd arasından seçilib.

Mükafatın qaydalarına əsasən, onların adları yalnız əlli ildən sonra dərc olunacaq. Sülh Mükafatına namizədlər müəyyən meyarlara cavab verən şəxslər tərəfindən irəli sürülə bilər, onlar özlərini irəli sürə bilməzlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə