Suriya ordusu Hələbə hücum edib

Suriya ordusu qüvvələrinin Hələb vilayətinin qərbindəki Daret İzze rayonunda həyata keçirdiyi hücumda 2 mülki vətəndaş ölüb, 13 mülki şəxs yaralanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Hələbin Bisarton kəndində yerləşdirilən Suriya ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplar Hələbin qərbindəki Daret İzze rayonuna qurudan-quruya silahlarla hücum edib.

Sözügedən hücumda 2 mülki şəxs ölüb, 6-sı uşaq olmaqla 13 mülki şəxs yaralanıb. Yaralılar müalicə üçün xəstəxanalara aparılıb.

Suriya ordusunun İdlib və Hələb çölündə son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 14 mülki vətəndaş həlak olub, 73 mülki şəxs isə yaralanıb.

Xatırladaq ki, 2017-ci ildə Astana görüşündə Türkiye, Rusiya və İran Suriya administrasiyasının nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.

Dəməşq rəhbərliyi İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib.

Türkiye 2018-ci ilin sentyabrında atəşkəsi gücləndirmək üçün Rusiya ilə əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən şiddətlənib. Türkiye və Rusiyanın 5 mart 2020-ci ildə əldə etdiyi yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.

2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiye sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə