“Rusiya-Ukrayna müharibəsi artıq il yarımdan çoxdur ki, davam edir və gün keçdikcə daha da kəskin hal alır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Ukrayna ordusuna kömək edən Amerika və Avropa ölkələri artıq daha güclü silahlar, uzaqmənzilli raketlər verməyə başlayıblar: “Zelenski Baydenlə görüşərək onun razılığını aldı ki, uzaqmənzilli raketlər Ukraynaya verilsin. Bundan sonra görünən odur ki, müharibə daha da qızışacaq. Həmin silahlar sahəsində Ukrayna Rusiyanın içərilərinə doğru da hücumlar edə biləcək.
Eyni zamanda Ukrayna silahlı qüvvələri hər gün addım-addım öz torpaqlarını azad edirlər. Lakin istənilən halda Qərbin Ukraynaya köməyi dayandırılarsa o məğlub olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB