Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 281 090 hərbçisi məhv edilib. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 777 tank, 9 082 zirehli maşın, 6 666 artilleriya sistemi, 806 RYAS (reaktiv yaylım atəşi sistemi), 540 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5 158 operativ-taktiki PUA, 1 530 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 9 015 avtomobil və sistern, 951 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə