Yaponiyada ikinci güclü zəlzələ baş verib

Yaponiyada ikinci güclü zəlzələ baş verib

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 26,7 min nəfərin yaşadığı Simoda şəhərindən (Honsyu adası) 525 km cənub-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Xatırladaq ki, dünən Yaponiyada 6,6 bal gücündə zəlzələ baş verib və bununla əlaqədar olaraq yerli hakimiyyət sunami təhlükəsi elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə