Somalidə 100-dən çox terrorçu zərərsizləşdirilib

Somalidə 100-dən çox terrorçu zərərsizləşdirilib

Somalidə “Əş-Şəbab” terror təşkilatının üzvü olan 100-dən çox terrorçu zərərsizləşdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Somalidə təhlükəsizlik qüvvələri ilə “Əş-Şəbab” terror təşkilatının üzvləri arasında baş verən qarşıdurmada təşkilatın 100-dən çox üzvünün öldürüldüyü bildirilib. Somalinin informasiya nazirinin verdiyi açıqlamada Muduq bölgəsində təhlükəsizlik qüvvələri ilə "Əl-Şəbab" üzvləri arasında qarşıdurma olduğu barədə məlumat paylaşılıb.

Somali prezidenti Həsən Şeyx Mahmud ölkədə tez-tez hücumlar təşkil edən “Əş-Şəbab”a qarşı hərtərəfli mübarizə aparmaq qərarına gəlib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə