Yaşar Gülər ​​ABŞ-nin müdafiə naziri ilə telefonla danışıb

Yaşar Gülər ​​ABŞ-nin müdafiə naziri ilə telefonla danışıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə telefonla danışıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlər Suriyadakı son hadisələr müzakirə ediblər.

Yaşar Gülər ​​Türkiyənin ABŞ ilə İŞİD-ə qarşı birgə mübarizəyə hazır olduğunu bildirib.

Bundan əlavə, hər iki nazir regionda həyata keçirilən fəaliyyətlərdə ABŞ və Türkiyənin sıx koordinasiyasının vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə