Avropa komissarı İrəvana gəlir

Avropanın mülki müdafiə və humanitar yardıma cavabdeh olan böhranların idarə olunması üzrə Avropa komissarı Janez Lenarçiç oktyabrın 6-da Ermənistana gələcək. SİA xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumata görə, İrəvanda Lenarçiç Ermənistanın yüksək vəzifəli nümayəndələri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə