Türkiyə Suriyanın şimalında hava əməliyyatı keçirib - 30 hədəf məhv edilib
Suriyanın şimalındakı Tel-Rıfat, Cizirə və Dərik bölgələrindəki terrorçulara qarşı hava əməliyyat həyata keçirilib. SİA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məsul terrorçuların da daxil olduğu 30 hədəf məhv edilib.
Xatırladaq ki, Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB