Almaniya kansleri Olaf Şolz prezident Vladimir Zelenski ilə görüşündə, Almaniyanın Ukraynaya daha bir “Patriot” zenit-raket kompleksi verəcəyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, iki lider İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bir araya gəliblər.
Qeyd edək ki, Almaniya Rusiya hərbi əməliyyatları başlayandan bəri Ukraynanı silahla təmin edir. Ölkə hakimiyyəti Kiyevə ağır silahların tədarükü barədə qərarını ötən il aprelin sonunda qəbul edib.
Xatırladaq ki, Almaniya bütün 2022-ci il ərzində Kiyevə 12 milyard avrodan çox yardım edib. İyul ayına qədər maliyyə və humanitar yardım da daxil olmaqla yardımın ümumi dəyəri təxminən 22 milyard avroya çatıb.
Onu da xatırladaq ki, Almaniya Ukraynanı “Patriot” kompleksi ilə təchiz edən ilk ölkə olub. Bu isə aprelin ortalarında baş verib. Avqustda Berlin ilk dəfə olaraq bu komplekslər üçün raketləri Kiyevə ötürüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB