“Rusiya Ukraynadakı münaqişə ilə bağlı danışıqlardan imtina etmir”
Bu arada Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Rusiyanın Ukrayna məsələsi üzrə danışıqlara həmişə hazır olduğunu, lakin Kiyevin yeni reallıqları tanımadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, onun bəyanatının videosu cümə axşamı, oktyabrın 5-də Medvedevin rəsmi Telegram kanalında yayımlanıb.
Beləliklə, Dmitri Medvedev vurğulayıb ki, Rusiya heç vaxt problemlərin həlli vasitəsi kimi danışıqlardan əl çəkməyib. Lakin bu danışıqların konkret nədən ibarət olacağını və hansı mövqedən başlayacağını müəyyən etmək vacibdir.
“...Rusiya heç vaxt bir vasitə kimi danışıqlardan əl çəkməyib, prezidentimiz bu barədə dəfələrlə danışıb. Sual budur ki, biz nədən danışırıq, hansı nöqtədən başlayaq. Burada isə məsələ çox sadədir – biz reallıqları etiraf etməliyik”, -deyə Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini bildirib.
Medvedev onu da qeyd edib ki, Qərb indi Rusiyanı zəiflətmək və Kiyevə güc toplamaqda kömək etmək üçün danışıqlar prosesini irəli aparmağa çalışır. Lakin Rusiyanın onu zəiflətməyə yönəlmiş belə danışıqlara ehtiyacı yoxdur.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya prezidenti Vladimir Putin, Rusiyanın Ukraynada müharibəni nəinki başlamadığını, həm də onu sona çatdırmaq üçün fəal şəkildə çalışdığını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB