ABŞ Konqresi yaxın gələcəkdə Ukraynaya yeni yardımı təsdiq etməsə, Ukrayna Silahlı Qüvvələri cəmi “bir ay və ya ay yarım” sonra silah çatışmazlığı hiss edəcək.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu telemarafonun efirində “Qolos” fraksiyasından olan xalq deputatı, beynəlxalq tərəfdaşlar tərəfindən Ukraynaya verilən silahların qəbulu və istifadəsinə nəzarət məsələləri üzrə Ali Radanın Müvəqqəti Xüsusi Komissiyasının sədri Aleksandra Ustinova bildirib.
Onun sözlərinə görə, Ukrayna ABŞ-ın hərbi yardım büdcəsindən ayda təxminən 3 milyard dollar xərcləyir. İndi Ağ Evdə Ukrayna Müdafiə Qüvvələri üçün silahların alınması üçün nəzərdə tutulan köhnə büdcədən təxminən 5 milyard dollar qalıb.
“...İndi deyə bilərəm ki, Ukrayna üçün əlavə vəsait ayrılması səsvermə keçirilməsə, bir ay və ya bir ay yarım sonra silahımız tükənəcək. Bizdə yalnız silahlar üçün 5 milyard dollar qalıb”.
Bunları bəyan edən Ustinova, qeyd edib ki, bu 5 milyard dollar yalnız Amerika hərbi anbarlarında saxlanılan silahların alınması üçün nəzərdə tutulub. Bu pul digər tərəfdaş ölkələrdən lazımi silahların alınması üçün nəzərdə tutulmayıb. Ukrayna həmçinin göstərilən 5 milyarda aid olmayan digər proqramlar vasitəsilə hərbi yardım alır.
…Ustinovanın dediyinə görə, bu, əsas problem deyil. Daha pisi odur ki, ABŞ birbaşa Ukraynanın dövlət büdcəsinə daxil olan ayda 1,5 milyard dollar məbləğində birbaşa maliyyə yardımını dayandırıb.
Bu arada Ukrayna saytlarının yazdığına görə, ötən həftənin sonunda ABŞ Konqresi müvəqqəti büdcə qəbul edib və ondan Ukraynaya dəstək üçün bütün xərclər silinib.
…Bu, ABŞ-da bəzi qanunvericilərin “Putinçi” Donald Trampı razı salmağa çalışdığı daxili siyasi münaqişənin nəticəsidir.
Yeri gəlmişkən, Avropa İttifaqının baş diplomatı Josep Borrell xəbərdarlıq edib ki, Avropa istəsə belə, ABŞ-dan gələn silahların həcminə görə Ukraynaya kompensasiya verə bilməyəcək.
Avropalı siyasətçilər isə açıq şəkildə deyirlər ki, NATO ölkələri artıq Ukraynaya tədarük hesabına öz silah ehtiyatlarının dibini görürlər. Bunu isə yalnız yeni istehsal hesabına artırmaq olar ki, bu da yalnız yeni sürət tələb edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB