Rusiya “Burevestnik” nüvə mühərrikli qanadlı raketini uğurla sınaqdan keçirib, Vladimir Putin “Valday” Forumunda deyib.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya prezidenti sınaqların nə vaxt keçirildiyini açıqlamayıb.
Putin həmçinin qeyd edib ki, Rusiya faktiki olaraq “Sarmat” strateji raket sistemi üzərində də işi başa çatdırıb və tezliklə onun kütləvi istehsalı və döyüş növbəsinə keçirəcək.
Yeri gəlmişkən, ötən gün “The New York Times” öz araşdırmasına istinadən “Burevestnik”in son ehtimal olunan sınaqları haqqında yazıb.
Qeyd edək ki, nəşrin jurnalistləri Novaya Zemlya arxipelaqında peyk şəkilləri və hərəkətlərin aviasiya məlumatlarını öyrəndikdən sonra bu qənaətə gəliblər.
Kremlyönlü politoloq Sergey Karaqanovun nüvə doktrinasının dəyişdirilməsinin zəruriliyi ilə bağlı sualını cavablandıran Putin qeyd edib ki, heç nə Rusiyanı təhdid etmədiyi üçün konsepsiyanın dəyişdirilməsinə ehtiyac yoxdur.
Onu da qeyd edək ki, Rusiya prezidenti nüvə silahı sınaqlarına qayıtmaq çağırışlarına da münasibət bildirib.
Putin bildirib ki, ABŞ müvafiq qadağa aktını imzalayıb, lakin onu ratifikasiya etməyib, Rusiya isə onu imzalayıb və ratifikasiya edib. Rusiya prezidenti nüvə sınaqlarının keçirilməli olub-olmaması sualına cavab verməkdə çətinlik çəkib, lakin Moskvanın “eyni şəkildə” cavab verəcəyini açıqlayıb.
Yeri gəlmişkən, Putin ratifikasiyanın geri götürülə biləcəyini etiraf edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB