Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-dan mümkün yardımın azaldılması səbəbindən indi çox çətin vəziyyətdədir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Bloomberg-də dərc olunan məqaləsində tarixçi Hal Brands bildirib.
Beləliklə, Brands qeyd edir ki, ən yaxşı ssenaridə belə, ABŞ müdaxilə etməkdən çəkinsə, Ukrayna dalana dirənəcək.
Ən pis halda bu, tədricən mövqelərin itirilməsinə gətirib çıxaracaq və Kiyev əlverişsiz şərtlərlə sülh axtarmalı olacaq.
...Ən əlverişli nəticə olsa belə, ABŞ-ın “özünü geri çəkməsi” Ukraynanı çıxılmaz vəziyyətə salacaq. Ən pis halda isə bu, mövqelərin tədricən təslim olmasına gətirib çıxaracaq və Kiyev əlverişsiz şərtlərlə sülh istəməli olacaq.
Bunu deyən Brands hesab edir ki, digər Qərb ölkələri Amerika yardımının çatışmazlığını kompensasiya etməyə çalışacaqlar, lakin Ukraynaya daha çox pul versələr də, onların resursları 2025-ci ilə qədər Kiyevi lazım olan hər şeylə təmin etməyə kifayət etməyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB