Şəbhə xəttindən 20 km aralıda yerləşən Qrozada ölü sayı 50-ni kecdi
“Azadlıq” radiosu xəbər verir ki, son məlumatlara görə, Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Qroza kəndində ərzaq mağazası və kafenin atəşə tutulması nəticəsində 50-dən çox insan həlak olub.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski hadisəni “qəsdən törədilmiş terror hücumu” adlandırıb.
Qeyd edək ki, ölənlər arasında altı yaşlı uşaq da var.
Ukrayna Daxili İşlər Nazirliyinin ilkin məlumatlarına görə, Qroza kəndinə hücumda “İsgəndər” raket sistemindən istifadə edilib.
Ukrayna prokurorluğu atəş nəticəsində 7 nəfərin də yaralandığını bildirib.
“Ukrayna Now” nəşrinin mənbələrinə görə, kafeyə endirilən zərbə zamanı kafedə vidalaşma (pominka) keçirilirmiş.
Qeyd edək ki, Rusiya hərbçiləri atəşə tutulması xəbərini hələlik şərh etməyiblər.
Rusiya komandanlığı mülki hədəflərə zərbələr endirdiyini təkzib edərək, bunun yalnız hərbi hədəfləri vurduğunu iddia edir. Onu da qeyd edək ki, Qroza kəndi cəbhə xəttindən təxminən 20 km aralıda yerləşir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB