Altı ayda dəmir yolu təxribatında ittiham olunanların sayı iki dəfə artıb
Mediazonanın hesablamalarına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Rusiyada dəmir yollarında 137 nəfərə qarşı təxribat işi açılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, altı ayda təqsirləndirilənlərin sayı iki dəfə artıb. Cinayət məcəlləsinə yeni maddələrin daxil edilməsindən sonra işlərin sayı xüsusilə sürətlə artmağa başlayıb.
Qeyd edək ki, onlar üçün maksimum cəza ömürlük həbsdir.
Mediazona infoqrafikasından göründüyü kimi təqsirləndirilən şəxslərin üçdə biri yetkinlik yaşına çatmayanlardır.
...İşlərin əksəriyyəti təxribat, beşdə biri terrorizm, daha bir neçəsi isə dövlətə xəyanət, yandırma və ya nəqliyyat marşrutlarına ziyan vurma ittihamları ilə araşdırılır.
Hücumların hədəfi əsasən relay kabinetləridir. Dəmir yollarında təxribat törətməkdə ittiham olunanların əksəriyyəti Moskva, Çelyabinsk vilayəti və Başqırdıstandadır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB