Zelenski Avropadan yardım istəyini təkrarlayıb

Zelenski Qranadadakı AST iclas zalının girişində jurnalistlərə qısa açıqlama verib
Zelenski Avropadan yardım istəyini təkrarlayıb

İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin (EPC) 3-cü iclasında iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə sistemi ilə bağlı yardım istəyini təkrarlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Zelenski Qranadadakı EPC iclas zalının girişində jurnalistlərə qısa açıqlama verərək deyib:

"Bizi çox çətin qış gözləyir. Qış boyu Rusiyadan çoxlu hücumlara məruz qalacağıq. Rusiya Avropa qitəsi üçün təhlükə olacaq. Ona görə də bizə mümkün qədər çox hava hücumundan müdafiə sistemi və raket lazımdır".

Ukrayna prezidenti ABŞ-ın daxili siyasətində baş verən proseslərlə bağlı sualı da cavablandırıb: "ABŞ prezidenti (Co) Baydenlə görüşümdə o, bizi 100 faiz dəstəklədiyini söylədi. Konqresdə hər iki tərəf də bizi dəstəkləyir. Amma seçki dövrlərinin həmişə çətin olduğunu bilirəm”.

Digər tərəfdən, EPC toplantısına ev sahibliyi edən İspaniyanın Baş naziri Pedro Sançes bugünkü görüşlərdə Ukraynaya dəstək və birlik mesajı verməyə davam edəcəklərini və Zelenski ilə ikitərəfli görüş keçirəcəklərini bildirib.

Qranadada bir günlük AST toplantısında 27 Avropa İttifaqı (Aİ) üzvü və 17 Avropa ölkəsinin liderləri iştirak edir:

Bütün xəbərlər Facebook səhifəmizdə