İki nazir əməkdaşlıq məsələlərini müzakirə ediblər

İki nazir əməkdaşlıq məsələlərini müzakirə ediblər

Milli müdafiə naziri Yaşar Gülər ​​və İraqın müdafiə naziri Sabit Məhəmməd Əl Abbasi hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Nazir Gülər ​​Türkiyəyə rəsmi səfərə gələn iraqlı həmkarını paytaxt Ankarada Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb.

Mərasimdən sonra iki nazir əvvəlcə təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasında görüşə sədrlik ediblər.

Regional hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə nazir Gülər ​​güclü tarixi və sosial əlaqələrə malik İraq və Türkiyənin eyni coğrafiyada yaşayan iki qardaş və qonşu ölkə olduğunu vurğulayıb, birgə addımlarla əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib..

Abbasini Türkiyədə qonaq etməkdən məmnunluğunu dilə gətirən Gülər keçən ay Mosulda baş verən yanğında həyatını itirənlərlə bağlı qonaq naziri nəzdində İraq xalqına başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə