Keniyada namәlum epidemiya yayılıb

Keniyanın qərbində təxminən 95 məktəbli qız naməlum xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib.
Keniyada namәlum epidemiya yayılıb

Keniyanın qərbində təxminən 95 məktəbli qız naməlum xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilib. Hadisədən sonra məktəb qeyri-müəyyən müddətə bağlanıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nayrobidən 374 kilometr şimal-qərbdə yerləşən Müqəddəs Tereza Eregi qız liseyində təhsil alan 95 şagird xəstələnib.

Əyalət rəsmisi Bonface Okoth mətbuata açıqlamasında 95 şagirdin ayaqlarının xəstəlik səbəbindən iflic olduğunu və onların əksəriyyətinin yeriyə bilmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə