Bu arada Voronej şəhərinin 19 və 23 yaşlı iki gənc sakini sentyabrın 24-nə keçən gecə transformator yarımstansiyasında birgə terror aktı törətməkdə və “Z” işarəsi olan avtomobili yandırmağı planlaşdırdıqlarına görə məhkəmə qarşısına çıxarılıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhkəmə gənclərdən birini səkkiz, digərini isə doqquz il müddətinə azadlıqdan məhrum edib.
Onlar həbs həyatlarının ilk iki ilini adi həbsxanada keçirəcəklər, bundan sonra qalan müddət üçün ciddi rejimli koloniyaya köçürüləcəklər.
Verilən məlumatlara görə, gənclər transformator stansiyasını yandırmaq istəyərkən onların hərəkətinin qarşısı polis tərəfindən alınıb.
Qeyd edilir ki, onların Bobrovski rayonunun Xrenovoe kəndində “Z” hərfi olan avtomobili yandırmaq cəhdi də uğursuz olub.
Maraqlıdır, görən, “Z” hərfi olan avtomobili yandırsaydılar nə qədər iş alacaqdılar?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB