Ukraynanın Xarkov vilayətinin Kupyanski rayonunun Qroza kəndində ərzaq mağazası və kafenin atəşə tutulması nəticəsində, son məlumatlara görə, ən azı 48 nəfər həlak olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbə, təbii ki, Rusiya hərbçiləri tərəfindən edilib. SİA bu barədə yerli mənbələrə istinad edir.
Atışmanın nəticələrinin fotosunu Ukrayna prezidenti Vladimir Zelenski dərc edib. O, hadisəni “qəsdən törədilmiş terror hücumu” adlandırıb.
Deyilənlərə görə, əgər öldürülənlərin sayı təsdiqlənərsə, bu Ukraynada müharibə zamanı konkret hücum nəticəsində ən çox ölü sayı kimi dəyərləndiriləcək.
Qeyd edək ki, Rusiya hərbçiləri kəndi atəşə tutulması xəbərini hələlik şərh etməyiblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB