Amerikanın Florida əyalətində futbol komandasında oynayan üç dost arasında cips üstündə dava düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşqdən sonra baş verən hadisə təhlükəsizlik kameralarına da əks olunub.
Görüntülərdə üç uşağın mübahisə etdiyi, daha sonra onlardan birinin anasının maşınına tərəf qaçaraq içəridən silah götürdüyü görünür. Atəş açan uşağın tapançasından çıxan güllələr hər iki uşağa dəyib. Xəstəxanaya çatdırılan iki uşağın vəziyyətinin stabil olduğu bildirilib.
11 yaşlı cinayətkar həbs edilib və ikinci dərəcəli adam öldürməyə cəhddə ittiham olunur.
İstifadə edilən tapançanın uşağın anasına aid olduğu öyrənilərkən, silahı uşağın çata biləcəyi təhlükəli bir yerə qoyduğu üçün ananın da günahkar ola biləcəyi ifadə edilir.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB