Misirin İsraildən təbii qaz idxalı 40 faiz artıb

Misirin İsraildən təbii qaz idxalı 40 faiz artıb

Misirin Neft və Mineral Ehtiyatlar naziri Əbu-Dabidə keçirilən “ADIPEC 2023” çərçivəsində mətbuata verdiyi açıqlamada ölkəsinin təbii qaz hasilatı, idxalı və ixracı ilə bağlı qiymətləndirmələr edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında imzalanan qaz razılaşmasına görə 2021-ci ilin yanvar ayından etibarən İsraildən idxal edilən təbii qazın miqdarında yüzdə 40 artım olub.

Rusiyadan təbii qaz asılılığının azaldılması çərçivəsində Avropaya qaz tədarükünü artırmaq üçün Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında 15 iyun 2022-ci ildə sazişlər imzalanıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə